Filmografiya



Həbibə Mirzəyeva


"Qafqaz Albaniyası Haqqında Gecikmiş Həqiqətlər" filminin rejissoru.


 

 


Mehriban Ələkbərzadə


"Udilər"  filminin rejissoru.



Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci ilin  avqustun 5 -də Gəncə şəhərində anadan olub
. 1983 -1988-ci illərdə Azərbaycan Dövlət İncəsənt və Mədəniyyət İnisitutuninda rejissorluq üzrə təhsil alıb. 1988- 1990 -cı illərdə Lənkaran Dövlət Teatrında rejissor olaraq çalışıb.  1990- ci ildə "Güzgü" filmini çəkib.  1990-ci  ildən Azərbaycan Dövlət Dram Teatırında rejissor köməkçisi və rejissor kimi çalışıb. "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur.


AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-ci ildə Azərbaycan Dövlət  "Yuğ" Teatırının baş rejissoru vəzifəsinə təyin edilib.[2]


2003-cü ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə[4]6 may 2016-cı ildə[5] və 1 may 2017-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.

 


 


Lütfi Nəzəroğlu


"Bizim ellər udilər" filmin ssenaristi


Lütfi Nəzəroğlu 3 apreldə Şamaxıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.    İTV -nin bir çox verlişlərinin lahiyə rəhbəridi. Evlidi 2 övladı və 1 nəvəsi var.


21.01.2018


Webmaster: Sevinc Mahmudova


 


Royal Əliyev


"Bizim ellər udulər" filminin rejissoru.


Royal Əliye 10 avqust 1986-cı ildə Ağdaş rayonunun Yuxari Ləki kəndində anadan olub.1993 - 2004 - cü illərdə Ləki kənd orta məkətbində təhsil alıb. 2005 - 2006 -ci ilərdə hərbi xidmətə olub. 2007 - 2011 -ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsəntə Universetinin rejissorluq fakultəsində təhsil alıb.  2008 -ci   ildən İTV -də çalışır. 100 - yaxın sənədli və 10 qısa filmin ssenari müəllifi və rejissoru olub Ölkə daxili  İran və Rusiyada keçirilən kino festivallarının dəfələrlə qalibi və mükafatcısı olub.  Polşa və İngiltərə kino məktəblərinin kurslarıda təhsil alıb. "Beşinci Fəsil" filminin rejissorudu. Subaydı.


 


Fərmayıl İsmayılov


"Udilər" və "Bizim ellər udilər" filmlərinin quruluşcu operatoru.


Fərmayıl İsmayılov 20 oktyabr 1979-cu ildə  Tovuz şəhərində anadan olub. 1986 - 1987- ci illərdə tovuz şəhər  N. Tusi adına orta məktəbdə oxuyub. 2000 - 2004 -cü illərdə İnternews Beynalxalq Kino və Jurnalistina  məkətbində təhsil alıb. 2000 - 2003 -cu illərdə TTV -də. 2003 - 2005-ci illərdə ATV -də. 2005 -ci ildən İTV -də  bir çox sənədli və bədii filmlərin quruluşcu operatordu. "Qarabagnamə" operator , "Gəl təzədən evlənək" , Beşinci fəsil" " Yeni il axşamı"  filmlərinin quruluşcu operatorudu. Evlidi bir övladı var.


19.01.2018


Webmaster: Sevinc Mahmudova


 


Rəşad Nuriyev


"Bir günəş altında"  və "Qafqaz Albaniyası gecikmiş həqqiqətlər- sənədli filmi":filmlərinin quruluşcu operatoru      ( filmdə udilərdəndə bəs olunur).


Rəşad Nuriyev 13 oktyabr 1981 -ci ildə anadan olub. 1998 - 2002 - ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti üzrə təhsil alib. 2001 - 2004 - ci illərdə Lider TV - nin "Azərbaycan Redaksiyası" da  bir çox sənədli və bədii filmlərdə quruluşcu operator olub.  2002 -ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "İlin ən yaxşı operatoru" nominasiyasının qalibi. 2004 - 2008 -ci illərdə"Azərbaycanfilm" kinostudiyasının operator və quruluşçu operatoru. 2007 -ci ildə 2-ci Milli Turizm Festivalının "Ən yaxşı operator işi"  mukafatının qalibi. 2008 - 2013- cü illərdə sərbəst operator fealiyyəti göstərib.  2013 - ci ildə Baku Media Centre -nin qurulucu operatorudu.  "Qafqaz Albaniyası - gecikmiş həqiqətlər", "Bir günəş altında" və   "Əbədi Ezamiyyət"  filimlərinin  quruluşçu operatorudu. 70 -dən çöx müxtəlif janrlı filmlərin operatorudu. Evlidi 2 övladı var


19.01.2018


Webmaster: Sevinc Mahmudova 


 


Cavid Təvəkkül


"Bir günəş altında" filminin quruluşcu rejissoru ( filmdə udilərdəndə bəs olunur).


Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb.2011 ildə Azerbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu.


“Mən və Şəhər” (2003), “Ağlayan Əsgər” (2003) filmlərinin, kliplərin müəllifidir. Cavid Təvəkkül “Cavad Xan” filmi haqqında hazırlanmış “Cavad Xan – Filmin Filmi” silsilə televiziya filmlərinin Azarkeş (2008)100000 AZN (film, 2009)(tammetrajlı bədii film)(İTV) Sovqat (film, 2009) Əzizim Fellini (film, 2010) Səhərə inan... (film 2011) 

Döngələr (teleserial, 2012) rejissorudur. Evlidi 1 övladı var.

19.01.2018

Webmaster: Sevinc Mahmudova


 


Həsənov Müsəllim Qaman oğlu


"Bir günəş altında" filminin ssenaristi ( filmdə udilərdəndə bəs olunur).


Müsəllim Həsənov 1958-ci ilin dekabrında Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1985-1989-cu illərdə Azərnəşrdə çalışıb, 1989-1992-ci illərdə "Yeni Fikir" qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən 1996-cı ilin sonuna qədər "Müstəqil qəzet"də çalışıb. 1997-ci ilin yanvarından noyabr ayına qədər "Panorama" qəzetində şöbə müdiri, 1997-ci ilin noyabrından 2000-ci ilin aprelinə qədər Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub.


2002-2008-ci illərdə "Media-Holdinq" şirkətində çalışlb, "Bizim Əsr" qəzetində şöbə müdiri, "Lider" televiziyasında redaktor vəzifələrində işləyib. 2010-cu ilin yanvarından İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində redaktordur.

"Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub.


İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifidir.


İctimai televiziyada nümayiş olunan "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.


2014-cü ilin yanvarından Bakı Media Media Mərkəzinin redaktorudur.


2016-cı ildə Ali Media mükafatı alıb.


Ailəlidir, 3 övladı var.


19.01.2018


Webmaster: Sevinc Mahmudova