Udi icmalarının rəhbərləri

 



Georgi Keçaari ( 1991 - 2006) "Orayin" nin rəhbəri


Georgi Keçari 1930- cu ildə Nic kəndində anadan olub. 1938 - 1946 -ci illərdə Nic kəndinin 1 saylı orta  məktəbinin bitirib. 1946 - 1952 -ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini bitirib.    

1952 - 1957 - ci illərdə Mıxlıqovaq kəndi orta məktəbinin direktoru kimi çalışıb. 1952-ci ildən ehtibarən Nic 1 saylı orta məktəbində müəllim  və müdir mavini olaraq çalışır. 1991-ci ildə Udi Milli Mədəniyyət Mərkəzi   "Orayin" ni yaradır. 1995-ci ildə "Nana Oçal" ("Ana Torpaq") kitabı udincə işıq üzü görür.  2001 -ci ildə "Orayin" kitabı yüksək tiraj ilə çap olunur.  2003 -cu ildə "Buruxmux" ("Dağlar"), "Udillərin ənənəvi toy mərasimləri" , "Udullərin ənənəvi yas mərasimləri" , "Yaddaşlarda yaşayanlar"  "Şunurok" rusca  və  "Udi nağılları və lətifələri" kitabları çap edilmişdir. 2004-cu ildə Udi Dili 1, 2, 3 -cu siniflər üçün dərsliklər çap edilmişdi. Georgi Keçaari uzun illər "Bibliya" nın udi dilinə tərcüməsində çalışmişdı. 08. sentyabr 2006 - ci illdə vəfat editmişdir. Udi xalqının şairi "Kala Gərəmzux"  ( "Böyük qəbirsandıq" da) dəfn edilmişdir.

20.01.2018

Webmaster: Sevinc Mahmudova


 



Danakari Oleq Yeğiş oğlu ( 2006-dan) "Orayin" nin rəhbəri



Danakari oleq Eğiş oğlu 19 iyul 1955-ci ildə Nic kəndində anadan olub. 1961 - 1972 - ci illərdə Nic kənd 1 saylı orta məktəbində oxuyub. 1974 - 1976 -cı illərdə hərbi xidmətə olub. 1982 -ci ildə S. M. Kirov adına ADU- nin coğrafiya fakultəsini bitirib. Əmək fealiyyətinə Nic 1 saylı orta məkətbindən məllim olaraq başlayıb. 1983 - 1998 -ci illərdə Lenin adına sovxozda komsamol komisiyasinın katibi, partiya təşkilatının katibi və sovxozun mudir muavini. 1999 - 2014 - ci illərdə Novveç Humanitar Təşkilatında bir necə lahiyə rəhbəri. 2007 - ci ilədən Udi Mədəniyyət Mərkzəi "Orayin" nin rəhbəri. Evlidi 2 övladı və 3 nəvəsi var.



19.01.2018


Webmaster Sevinc Mahmudova


 



Danakari Riçard Aram oğlu Volqagrad "Nic" in rəhbəri


Danakari Riçard Aram oğlu 14 iyul 1956-ci ildə qəbələ rayonunun Nic Kəndində anadan olub.1963-1973-cü illərdə Nic Kəndinin 2 Sayli orata məkətəbində oxuyub. 1973-1977 ci illərdə APİ-nin Dil və Ədəbiyyat fakultəsində təhsil alıb. 1982-1988-ci illərdə Ural Dövlət Universitetinin Fəlsəfə və fəlsəfə müəllimliyi fakultəsində təhsil alıb.1977-1978-ci illərdə Qəbələ Şəhər 2 Saylı orta Məktəbində müəllim olaraq çalışıb.1978-1979-cu illərdə hərbi xidmətdə olub. 1980- 1984-cu illərdə Qəbələ rayonunun Mirzəbəli kənddində rus dilli və ədəbiyyat müəllimi olaraq çalışıb.1984-1989-cu illərdə Mingəcevir şəhərində "Əmək Şöhrəti" qazetində müxbir olaraq çalışıb.1990-ci ildən Rusiya Federasiyasının Volqaqrad şəhərində yaşayır. 1996-ci ildən fəlsəfə elmləri namizədi. 1990-2009-cu illərdə Volqaqrad Kənd Təsərrufatı Universetində müəllim olaraq çalışıb. 2007-ci ildə fəlsəfəelmləri doktorudu. 2009-cu ildən Volqaqrad Dövlət Universetində müəllim olaraq çalışır. Feal olaraq ictimai işlərdə çalışır. Rusiya Federasiyasının Volqagrad Udilərin "Nic" Cəmiyyətinin rəhbəridi. İctimai Millətlər Şura və Kazaqlar Komitətinin üzvüdü. Volqagrad Mədəniyyət Komitəsinin nərzimdəki Şuranın məsləhətcisindi. Bir necə kitab və elmi manakrafiyanın müəllifidi. Evlidi 2 övladı və 1 nəvəsi var. Danakari Liliyanın atasıdı.


10.01.2018 


Webmaster: Sevinc Mahmudova




Dingilişi  Oleq (Onik) Svelovsk Udilər Mərkəzinin rəhbəri


07 iyul 1957-ci ildə Nic kəndində anadan olub. Nic kəndi 2 saylı orta məktəbini bitirib. 1975-1980-ci  illərdə Sverlovsk  Kənd Təsərrüfatının Universetinin mühəndis fakultesində təhsil alıb. 1980-1981-ci illərdə Svelovskda çalışıb. 1981-ci ildə öz doğma kəndinə dönüb. Savxozda zootexnik kim 2 il çalışıb. Sonra təhsilini davam edirmək üçün geri dönüb. SPM-də Maksizm və Lenizm üzrə oxuyub. Təhsilini bitirdikdən  sonra  Sverlovsk  Çaxır- Şampan Zavodunda partkom kimi fealiyyət göstərib. Sverlovsk Udi Mədəniyyət  Cəmiyyətini  yaradanlardan biri olub.  Udi qazeti  "Orayin"i  çap edib. Sverlovskda mağazalar şəbəkəsi var.         Ailəlidi  2 qızı, 1 oğlu və  6 nəvəsi var.


16.12.2017


Webmaster: Sevinc Mahmudova




Mobili Robert  Alban - Udi - Xristian İcmasının rəhbəri


20 avqust 1954-cü ildə Qəbələ rayonunun  Nic kənddiində ziyalı ailəsində  anadan olub. 1971-ci ildə orta məktəbini bitirdikdən sonra ADU- nun qeoloqiya- coğrafiya  fakultəsinə daxil olub və oranı bitirib. 1989-cü ildə ADU-da (BDU) fealiyyət göstərir. 2003-cü ildən Alban- Xristian Udi İcmasının rəhbəridi. Dünyanın bir çox ölkələrində elmi-praktiki konfranslarda çıxış edib. Azerbaycan Respublikası Prezidenti tərəfindən"Şöhrət" ordeni ilə təltif olunub. "Elmi və İctimai İşlər" və "Udi- Azərbaycan -Rus" lüğətinin müəllifidi. Dalas (Texas, ABŞ) fəxri vətandaşıdı. Ailəlidi 2 oğlu 4 nəvəsi var.


15.12.2017


Webmaster: Sevinc Mahmudova


 



Mançari Emil Benyamin Oğlu. İnanova Udilər Mərkəzinin rəhbəri


05 iyul 1973-cü ildə Nic kənddində anadan olub. 1979-1990-cu illərdə Nic 2 Saylı orta məktəbində oxuyub. 1990-1991-ci illərdə Nic Kanserva zavoduna fealiyyet göstərib.1991-сi ildə BuxTi-də   yiyinti və yüngül sənayələrə daxil olub.1992-ci ildə Russiyanın İvanova şəhərinə köçüb . Hal-hazırda uğurlu iş adamıdı. İvanova şəhərində yaşamağdadı. 2013-cü ildə İvanova şəhərində Udilərin Mədəniyyət Mərkəzini yaradıb. Həmin mərkəzin rəhbəridi. Ailəlidi  2 oğlu var


15.12.2017


Webmaster: Sevinc Mahmudova