Ramin Məmmədov - yazıcı
Azərbaycanın Rusiyadakı alimlərinə, diaspor təşkilatlarına və Qəbələ ziyalılarına həsr etdiyi kitabları ilə tanınan Ramin Hüseyn oğlu Məmmədov 1957-ci il aprelin 18-də Qəbələ rayonunun Bum kəndində anadan olmuş, orada səkizinci sinfi bitirdikdən sonra Bakıda ÜİLKGİ-nin 50 illiyi adına 74 saylı OTPM-də tornaçı peşəsinə yiyələnmiş, orta təhsil almışdır. Ordudan əvvəl və sonra ixtisası üzrə Balaxanıda zavodda işləmişdir. 1976-1978-ci illərdə raket hissələrində xidmət etmiş, 1979-cu ildə Rusiyanın Nijnevartovsk şəhərinə gedərək, bir neçə ay çilingər işlədikdən sonra şəhər Dəmir yolu nəqliyyatı daxili işlər şöbəsinə işə qəbul olunmuşdur. Burda əməliyyat növbətçisi, bölmə komandiri, SƏDM əməliyyat müvəkkili vəzifələrində çalışmış, xidmətdən ayrılmadan üç il Yekaterinburqda hüquq milis məktəbində təhsilini artırmış, iki il Tümendə siyasi universitetdə oxuyaraq ali təhsil almış, iki il isə Nijnevartovskda jurnalist sənətkarlığı kurslarında təhsilini almışdır. 1992-ci ildə ölkəmizin ağır günlərində, leytenant rütbəsində xidmətini doğma vətənə dəyişərək, ərazi bütövlüyümüz uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, 2004-cü ildə mayor rütbəsində öz xahişi ilə təqaüdə çıxmışdır.
R.Məmmədov yaradıçılığa 1971-ci ildə “Qalibiyyət” (“Qəbələ”) qəzetinin səhifələrində başlayıb. Nijnevartovskda işlədiyi 1979-1992-ci illərdə onun vətənpərvərlik, azərbaycançılıq, beynəlmiləlçilik, insanpərvərlik mövzularında yüzlərlə yazısı “Pravda”, “Krasnaya zvezda”, “Tümenskaya pravda”, “Tümenskiy komsomolets”, “Mestnoye vremya”, “Neftyanik”, “Putyovka” kimi mərkəzi, vilayət və şəhər qəzetlərində çap olunmuşdur. 1992-ci ildə Nijnevartovskda, “Azərbaycan” adlı diaspor cəmiyyətinin yaradılmasında fəal iştirak etmişdir.
O, 300-ə yaxın məqalə, oçerk, publisistik və elmi-publisistik yazının və 38 kitabın, o cümlədən “Qəbələ: insanlar, talelər, ziyalılar” ( üç kitabdan ibarət) (1996-1998 ), “Rusiya: ziyalılarımız, mətbuatımız, münasibətlərimiz” (2003), “Sibir dəftərindən” (2004), “Qəbələ ziyalıları” (2005), rus dilində “Həmvətənlər” (2007), “Dostluğa alternativ yoxdur” (2013) və b. kitabların müəllifidir. Qeyd etmək yerinə düşər ki, R.Məmmədov, son iyirmi il ərzində otuz beş dəfədən çox səfər edərək, Rusiyanın yüz şəhərində aylarla tədqiq edib topladığı materialları sistemləşdirərək, rus dilində “Odlar Yurdunun övladları Rusiya tarixində” (2011-2013) adlı ensiklopedik portret-oçerklər kitabının üç nəşrini oxucuların mühakiməsinə vermişdir. Hazırda onun“Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı kitabı (monoqrafiya) çapa hazırlanır. Bu gün o, “Rusiyada Azərbaycan mühacirət ədəbiyyatı” adlı elmi əsər üzərində işləyir.
R. Məmmədovun həyat və fəaliyyətinə, yaradıcılığına həsr olunmuş 100-dən artıq yazı “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Bakinski raboçi”, “Vışka”, “Azad Azərbaycan”, “Qəbələ”, “Mübariz keşikdə”, “Kredo”, “Qaradağ”, “Paritet”, “Ədalət”, “Qarabağa aparan yol” və b. qəzetlərin, jurnalların və müxtəlif kitabların səhifələrində dərc olunmuşdur.Ramin Məmmədov Rusiyada mövcud olan Udi diaspor təşkilatlarının işini, fəallarını, Udilərdən olan alimlərin fəaliyyətini araşdırmış, onlarla Moskva, Volqoqrad, Yekaterinburq, Krasnodar, Şaxtı şəhərlərində görüşmüş və lazımi məlumatlar topladıqdan sonra "Odlar Yurdunun övladları Rusiya tarixində" (rusca, 2-ci nəşri) məqalələr vermişdir.
Mətanət Yaqub qızı
Mətanət Yaqub qızı, 3 mart 1963-cü ildə Oğuz rayonunda anadan olub. 1980-ci ildə Oğuz rayonunda yerləşən 2 N-li orta məktəbi bitirib. 1983-1988-ci illərdə Universitetdə Filologiya fakültəsinin təhsil alıb. 1988-1989-cu illərdə təyinatla Oğuz rayonunun Mollalı kənd 8-illik məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi çalışıb. 1989-1990-cı illərdə Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsində işləyib. 1990-1997-ci il tarixində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olub.1997-2000-ci illərdə Abituriyent hazırlığı kurslarında Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb. 2001-ci ildən AMEA Folklor İnstitutunda keçirilən attestasiyaların nəticəsinə əsasən 2001-ci ildə еlmi işçi, 2005-cı ildə böyük еlmi işçi vəzifələrinə layiq görülüb. 2004-cü ildə namizədlik dissеrtasiyası müdafiə еdib, 12 aprel 2005-ci ildən filologiya еlmləri üzrə fəlsəfə doktorudu. Hazırda aparıcı elmi işçi, dosenti. 4 kitab və 40-a yaxın məqalə və tеzisləri nəşr olunmuşdur. Еvlidi, həyat yoldaşı Əsgərov Mayıl Binnət oğlu AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Sosiolinqvistika və Dil siyasəti” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professordur. İki övladı var.
Kitabları:
- Azərbaycan folkloru antologiyası, XIII kitab (Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru) (Tərtibçilər: f.e.d., prof. İsrafil Abbaslı, f.e.n. Oruc Əliyev, (həm də ön sözün müəllifi: f.e.n. Mətanət Abdullayeva), Bakı, “Səda” nəşriyyatı, 2005, 550 səh.
- Azsaylı xalqların folkloru (Tərtib edəni və ön sözün müəllifi: Mətanət Yaqubqızı), I kitab, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 204 səh.
- Mətanət Yaqubqızı. Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm (Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların folklor örnəkləri əsasında), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016, 184 səh.
Məqalələri
- Şəki-Zaqatala bölgəsində yaşayan milli azlıqların (ləzgi, avar, saхur, ingiloy, ərəşdi və s.) toy adətlərində spesifik cəhətlər. Ortaq türk keçmişindən, ortaq türk gələcəyinə II uluslararası folklor konfransının materialları. Bakı, “Nurlan”, 2004, s.254-255
- Azərbaycanda yaşayan xalqların və etnik qrupların folklorunda ortaq dəyərlər (Şəki-Zaqatala folklor nümunələri əsasında). Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri, Beynəlxalq konfransın materialları, Bakı, 8-9 sentyabr 2016-cı il, “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi, səh:158-162
- Şəki-Zaqatala bölgəsində milli və dini dəyərlər. Filologiya məsələləri. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, “Elm və təhsil” nəşriyyatı, №16, 2017, səh:338-346
- Müxtəlif xalqların və etnik qrupların ortaq folklorunun yaranma mərhələləri. Dədə Qorqud, Elmi-ədəbi toplu, II (61), AMEA Folklor İnstitutu, Bakı, 2017, hazırda nəşrdədir.
Alışov Natiq Əbülfət oğlu
Alışov Natiq Əbülfət oğlu 09 aprel 1982-ci ildə Cəbrayıl rayonunda anadan olub. 2000- 2004-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb. Arxeologiya elmləri doktordu. 36 elmi əsəri çap olunub. 2 elmi əsəri xaricdə çap olunub. Nic qəsəbəsində yerləşən "Kilsəli təpə" də arxeoloji qazıtı aparıb. "Kilsəli təpə" haqqında elmi məlumatları dünyanın məşhur elmi jurnallarında dərc edilib.
Webmaster: Sevinc Mahmudova
Məmmədova Fəridə Cəfər qızı
Məmmədova Fəridə Cəfər qızı 8 avqust 1936-cı ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997 - 1998 -ci illərdə Xəzər Universitetində və 1998 -ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006- cı ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir. Azərbaycan SSR Dövlət Mükafatı – 1990; Azərbaycan SSR Əməkdar Elim Xadimi – 1991; "Şöhrət" ordeni - 2004 Qafqaz Albaniyası və albanlar-Bakı:2003(rus dilində)Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 96, 5 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərinin sayı: 20