Şeirlər




Bu Nicdə


 


Nicdə hava açıldı,


Səhərdən gün göründü.


Quşlar nəğmə deyirlər,


Gəl gör nə gözəldi bu.


Bu günəş doğulanda,


Deyirəm kaş hər gün belə olsun.


Bu Allahın işığıdı,


Bizim qəlbimizin də sevincidi. 


Doğrudan bu Nicdə hər şey gözəldi,


        Bu bizim ana yurdumuzdu.


 Udilər harada olsalar,


                       Nici yada salacaqlar.                     

 




Qəbələdədir


İndi ki, sorursan, söyləyim bir-bir,


- Mahalda qərarım, Qəbələdədir.


Yad diyar nə qədər gözəl olsa da,


Çiçəkli baharım, Qəbələdədir.

 


O, təmiz havalı, yaşıl çəmənli,


Sərin, Şongar sulu, göy yasəmənli,


Bəzən alatoran, başı dumanlı,


Seyrangah daağlarım, Qəbələdədir.

 


Fındığı Nicdədir, Şabalıd Bumda,


Qozu Həmzəlidə, alma Vəndamda.


Armudu, heyvası bitir hər yanda,


Meyvəli bağlarım, Qəbələdədir.

 


Mən Nicli Bagiram, bu gözəl yerlə,


Qəhraman elimlə, saf  ürəklərlə,


Torpağa can verən qadir əllərlə, 


Səfalı çağlarım, Qəbələdədir.

                                                                       BAGİR ŞİRİNİ